RƏSMİ SƏNƏDLƏR


İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

A+ A

Hörmətli cənab Prezident, 

Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 iyul 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır