DÜNYA


İtaliya: ən təhlükəli və ən çox axtarılan beş cinayətkardan biri tutulub

Bakı, 2 iyun, AZƏRTAC

İtaliyanın hüquq mühafizə orqanları “Ndraqeta” mafiyasının Kalabriya klanının 1994-cü ildə qaçıb aradan çıxmış başçılarından birini həbs edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Cüzeppe Corci ölkədə ən təhlükəli və ən çox axtarılan beş cinayətkarın siyahısına daxildir. Hətta onun barəsində axtarışın aparılması üzrə xüsusi proqram hazırlanmışdı.

Əlli altı yaşlı Cüzeppeni bu gün səhər İtaliyanın ən ucqar şəhərlərindən birində yerləşən şəxsi evində tutmaq mümkün olub. Reco-di-Kalabriya vilayətində aparılan əməliyyata karabinyerlərin helikopterləri də cəlb edilib.

Bütün bu 23 ildə Almaniyanın Duysburq şəhərində gizləndiyi ehtimal edilən Cüzeppe Corci beynəlxalq narkotik ticarəti və cinayətkar qruplaşma yaratmaq ittihamı üzrə 29 ilə yaxın həbs cəzası çəkməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.