SİYASƏT
İtaliya ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib VİDEO
Roma, 28 mart, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin “Rete Sole” televiziya kanalında yayımlanan “Romadakı səfirlər” proqramının qonağı olub.
Proqramın aparıcısı Marko Finelli ilə aparılmış söhbətdə səfir M.Əhmədzadə ölkəmizin müstəqillik tarixi, inkişaf strategiyası, Azərbaycanda qeyri-neft sektorunun inkışafı istiqamətində görülən işlər, ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın multikulturalizm ənənələri, respublikamızda təşkil olunan beynəlxalq tədbirlər, habelə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışıb, İtaliya ilə bağlı təəssüratlarını bölüşüb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma