DÜNYA


İtaliya: qar uçqunu altında qalan oteldə axtarış işləri dayandırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

Xilasedicilər İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində qar uçqunu altında qalan “Rigopiano” otelinin dağıntıları altından daha iki nəfərin cəsədini çıxarıblar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, beləliklə, təbii fəlakət nəticəsində həyatını itirənlərin ümumi sayı 29 nəfərə çatıb və axtarış əməliyyatları dayandırılıb.

Xatırladaq ki, fövqəladə hadisə yanvarın 18-də, İtaliyanın Abrusso vilayətinin Farindola şəhərciyi yaxınlığında baş verib. Həmin gün Mərkəzi İtaliyada baş verən güclü zəlzələnin səbəb olduğu qar uçqunu 1,2 min metr hündürlükdə yerləşən “Rigopiano” otelinin üzərinə tökülüb. İnsident zamanı oteldə olan təxminən 40 nəfərdən yalnız 9-u sağ qalıb. Onlardan 4-ü uşaqdır.

Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.