DÜNYA
İtaliya sahillərində 500-ə yaxın miqrant xilas edilib
Roma, 24 may, AZƏRTAC
Aralıq dənizində Şimali Afrikadan olan 500 nəfərə yaxın miqrant xilas edilib.
İtaliya Sahil Mühafizə Xidmətinin məlumatına görə, xilasetmə əməliyyatları zamanı 484 miqrant dörd sahil mühafizə qayığının, İtaliya donanmasının gəmilərinin, Almaniyanın “NGO Sea-Watch” və “OHIO” ticarət gəmilərinin iştirakı ilə qayıqlardan çıxarılıb.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, bu günədək Aralıq dənizində 45 min insan xilas edilib və bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz çoxdur.
Beynəlxalq Miqrasiya Təşkilatı Aralıq dənizinin sərhədini keçməyə cəhd edən 1309 miqrantın öldüyünü açıqlayıb. Onların əksəriyyətini Nigeriya, Banqladeş, Qvineyadan və Kot d'İvuar vətəndaşları təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]