DÜNYA


İtaliya sahillərində 900-dən çox miqrant xilas edilib

Roma, 13 iyun, AZƏRTAC

İtaliya sahil mühafizə xidməti bildirib ki, son 48 saat ərzində Liviyadan İtaliya sahillərinə üz tutan 900-dən çox miqrant xilas edilib.

Sərhədsiz həkimlər 716 miqrantı xilas etdiklərini və bir cəsəd tapdıqlarını söyləyiblər.

Əməliyyatları əlaqələndirən sahil mühafizə xidmətinin nümayəndəsi bildirib ki, ayrı-ayrı əməliyyatlar nəticəsində Aralıq dənizindən təxminən 800 nəfər xilas edilib. Daha 130 miqrant isə ötən həftə xilas olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.