İQTİSADİYYAT


İtaliya səfiri: TAP-ın tikintisi üzrə İtaliyada genişmiqyaslı işlərin başlanmasını gözləyirik

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə İtaliyada genişmiqyaslı işlərin başlanılacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo jurnalistlərə açıqlamasında bildirib. TAP layihəsi üzrə işlərin gedişi barədə danışan C.Kutillo deyib ki, Yunanıstan və Albaniyadan sonra İtaliyada da bəzi hazırlıq işlərinə başlanılıb.

Səfir İtaliyanın xarici işlər naziri Paolo Centiloninin noyabrda Azərbaycana səfər edəcəyini bildirib. “Hazırda səfərin dəqiq tarixi və proqramı üzərində iş aparılır”, - deyə diplomat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.