DÜNYA


İtaliya və Misirin Liviyadakı səfirlikləri qarşısında avtomobil partladılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Liviyanın paytaxtı Tripolidə İtaliya və Misir səfirliklərinin yerləşdiyi binanın yaxınlığında güclü partlayış olub. Hadisənin minalanmış avtomobil vasitəsilə törədildiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, France Press agentliyinin tibb işçilərinə və hüquq mühafizə orqanlarındakı mənbəyə istinadla yaydığı məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub. Hələlik hücumun diplomatik missiyalara yönəlib-yönəlmədiyi aydınlaşmayıb. Hadisə yerinin bilavasitə yaxınlığında, həmçinin mehmanxana və yerli nazirliklərdən biri yerləşir.

Polis ərazini əhatəyə alıb. İlkin məlumata əsasən, avtomobili intiharçı-terrorçu idarə edib.

Ölən və yaralananlar barədə informasiya dəqiqləşdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.