DÜNYA
İtaliya yenidən silkələndi: bu dəfə 4,9 bal gücündə
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də yerli vaxtla 14:00-da (Bakı vaxtilə 16:00-da) Mərkəzi İtaliyada 4,9 bal gücündə yeni yeraltı təkan baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yer səthinin titrəməsi Arkuata-del-Tronto şəhəri rayonunda hiss olunub. Hazırda zəlzələ nəticəsində zərərçəkənlərin yerləşdirildiyi müvəqqəti sığınacaqlarda təşviş yaşanır.
Ümumilikdə isə Mərkəzi İtaliyada bu gün 20-yə yaxın təkrar yeraltı təkanlar – afterşoklar qeydə alınıb.
İtaliya Mülki Müdafiə xidmətinin son məlumatına əsasən, ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 3:36-da baş verən 6 bal gücündə zəlzələ nəticəsində azı 45 nəfər həlak olub, yüzlərlə insan isə itkin düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]