DÜNYA


İtaliyada 2010-cu ildən axtarışda olan mafiya başçısını həbs ediblər

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

İtaliya polisi 2010-cu ildən axtarışda olan ölkənin ən böyük mafiya qruplaşması “Ndrangeta”nın başçısı Marçelo Peşeni həbs edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Peşe İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətinin Rozarno şəhərində saxlanılıb. 52 yaşlı mafioz tutularkən silahsız olub və polisə müqavimət göstərməyib.

“Ndrangeta” mafiya qruplaşmasının ilk liderlərindən olan Marçello Peşe cinayət yolu ilə əldə edilmiş pulların “yuyulmasında”, İtaliyanın Lombardiya vilayətində qeyri-qanuni narkotik satışının həyata keçirilməsində günahlandırılır. Apelyasiya məhkəməsi onu 16 il həbs cəzasına məhkum edib.

İtaliyanın daxili işlər naziri Anjelino Alfano polisi əməkdaşlarına uğurlu əməliyyata görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.