DÜNYA


İtaliyada “Skype” ilə bağlanan nikah qanuni sayılıb

Bakı, 29 iyul, AZƏRTAC

İtaliyanın Ali Məhkəməsi italiyalı qadınla Pakistan vətəndaşı arasında “Skype” proqramı vasitəsilə bağlanan nikahı qanuni sayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən 2012-ci ildə gənclərin nikahından imtina edən San-Covani in Persiçeto şəhərinin hökuməti bu nikahı qeydiyyatdan keçirməlidir. Ali Məhkəmə gənclərin öz vətənlərində olmalarına baxmayaraq, ailə qurmaq qərarlarını aydın şəkildə ifadə etdiyini əsas gətirib. Bir qədər əvvəl “məsafəli nikahı” ilkin məhkəmə instansiyası və apelyasiya məhkəməsi də qəbul etmişdi.

Qeyd edək ki, Silvio Berluskoninin son hökuməti (2008-2011) tərəfindən miqrasiyaya nəzarətin sərtləşdirilməsi üzrə tədbirlərin qəbul edilməsindən sonra digər ölkə vətəndaşları İtaliya ərazisində olmalarına dair sənədləri olmasa Apennində italiyalılarla ailə həyatı qura bilməzlər. Bununla yanaşı, İtaliya vətəndaşı ilə nikaha girən şəxs bu ölkədə yaşayış hüququna sahib olur. Hökumət bu yolla saxta nikahla mübarizə aparmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.