DÜNYA
İtaliyada zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb [YENİLƏNİB] VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Son məlumatlara görə, İtaliyanın mərkəzində gecə baş verən zəlzələ nəticəsində ən azı altı nəfər həlak olub.
Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb.
Milli Geofizika İnstitutu zəlzələni son illərdə baş verən ən güclü təbii fəlakət kimi dəyərləndirib.
Hələlik tarixi və memarlıq abidələrinin uçması barədə məlumat yoxdur.
Yeraltı təkanların episentri 4 km dərinlikdə Ретi əyalətində 6,0 bal gücündə hiss olunub.
Zəlzələ, Apenin dağlarının geniş zonasına dəymiş və bir çox şəhərlərdə hiss edilib. Yeraltı təkanlar Romada da hiss olunub. Dağıntılar, Аpеninin mərkəzi aşırımında Qran-Sosso şəhərində və digər yaşayış məntəqələrində qeydə alınıb.
Yeraltı təkanlar İtaliyanın şəhərlərində təşvişə səbəb olub. Minlərlə insan evlərini tərk edib.
08:40
İtaliyada baş verən zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. İlkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdur.
07:45
Zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. Bu barədə şəhər meri Serdjo Pirocci Rai News 24 telekanalının efirində bildirib. O, deyib: “Şəhərə gedən əsas yollar fəaliyyət göstərmir, şəhərin yarısı dağılıb. İnsanlar dağıntılar altında qalıb. Sürüşmə baş verib, körpünün uçması mümkündür".
06:25
Bakı, 24 avqust, AZƏRTAC
İtaliyanın mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ baş verib.
TASS informasiya agentliyinin məlumatına görə, yeraltı təkanlar İtaliyanın mərkəzi vilayətlərinin sərhədində Terni şəhərində qeydə alınıb. Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb. Məlumata görə yeraltı təkanların episentri 50 km şimalda Lakuila və Ascoli Piceno şəhərindən təxminən 24 km qərbdə olub. Təbii fəlakət ocağı 2 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə hələlik məlumat verilmir.