Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi ilə açılıb VİDEO

Roma, 23 iyun, AZƏRTAC

İyunun 22-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin açıq səma altındakı kinoteatrında İtaliyada ilk dəfə Azərbaycan film festivalının rəsmi açılışı olub.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın açılışında İtaliya hökumətinin və Roma şəhər meriyasının rəhbər şəxsləri, parlamentarilər, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İtaliya mədəniyyətinin və kino aləminin tanınmış simaları, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin (KIV) nümayəndələri, habelə kinosevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İtaliyadakı səfirimiz Məmməd Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, Azərbaycan-İtaliya əməkdaşlığında mədəniyyət sektorunun önəmindən danışıb, bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Diplomat İtaliyada ilk dəfə keçirilən Azərbaycan Film Festivalının ölkəmizin tarixi, mədəniyyəti və reallıqları ilə İtaliya ictimaiyyətinin məlumatlandırılmasına və iki ölkənin xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələrdən danışıb. O, bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli rolunu vurğuIayıb.

Azərbaycanın kino mədəniyyətinin tarixi barədə də məlumat verən Milli Məclisin deputatı İtaliyada ilk dəfə keçirilən Azərbaycan Kino Festivalının əhəmiyyətini yüksək dəyərləndirib.

Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze Gürcüstan ilə Azərbaycanın yaxın qonşu və strateji tərəfdaşlığını, xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcudluğunu, “Əli və Nino” romanının qəhrəmanları olan iki gənc arasındakı məhəbbətin bunun ən bariz nümunəsi olduğunu deyib.

Azərbaycan Kino Festivalının məhz “Əli və Nino” filminin nümayişi ilə başlamasından məmnun olduğunu söyləyən səfir festivala uğurlar arzulayıb.

Məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta ölkəmizin zəngin tarixi-mədəni irsi, ənənələri, inkişafı, Bakının gözəllikləri barədə məlumat verib. Azərbaycan və İtaliya arasında əlaqələrin dərinləşməsinə kino sektorunun verə biləcəyi töhfələrdən bəhs edən C.Kuaranta Azərbaycan Kino Festivalına uğurlar arzulayıb, bu tədbirin gələcəkdə kino sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar açacağına ümidvar olduğunu bildirib.

“Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi italyan professor Romolo Erkolino “Əli və Nino” romanının müəllifi Əsəd bəyin həyatından bəhs edib.

Sonra festivala həsr edilmiş videoçarx təqdim edilərək festival açıq elan olunub. “Əli və Nino” filminin nümayiş ilə festivala start verilib.

İyunun 24-nə qədər davam edəcək festivalda əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçəri şəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) filmlərimiz italyan dilində alt yazılarla nümayiş olunacaq.

Festival İtaliya mətbuatının böyük diqqət mərkəzindədir. Festivalla bağlı KİV-lərdə çoxsaylı məlumatlar dərc olunmaqdadır.

Festival və onun gedişi ilə bağlı məlumatları “Facebook”dakı

https://www.facebook.com/primofestivaldelcinemaazerbaigianoinitalia/  səhifəsindən əldə etmək olar.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi ilə açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV