DÜNYA


İtaliyada güclü zəlzələdən sonra sağ qalanların axtarışı davam edir

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

İtaliyanın mərkəzi regionunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, yüzlərlə insan itkin düşüb, yaralıların dəqiq sayı isə hələ ki, məlum deyil.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, zəlzələ nəticəsində dağlıq ərazidə yerləşən şəhərlər, xüsusən Amatriçe, Peskara-del-Tronto, Akkumoli şəhərləri daha çox zərər görüb. Hazırda təbii fəlakətdən sonra dağ rayonlarında sağ qalanların axtarışı davam edir.

Xatırladaq ki, dünən gecə İtaliyanın mərkəzi hissəsində yerli vaxtla saat 3:36-da 6 bal gücündə zəlzələ baş verib. İlk təkanın ardınca 5,4 bal gücündə ikinci təkan, sonradan isə 55 afterşok qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.