DÜNYA
İtaliyada meşə yanğınları daha 3 nəfərin ölümünə səbəb olub
Bakı, 8 avqust, AZƏRTAC
İtaliyada davam edən güclü meşə yanğınları daha 3 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, meşənin kənarında yerləşən evdə iki qadın yanaraq həlak olub. Daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Afrikadan gələn isti “Haron” antisiklonu səbəbindən İtaliyada iyulun əvvəlindən başlayaraq güclü meşə yanğınları davam edir. Onun ardınca gələn “Lucifer” antisiklonu özü ilə 50 dərəcəlik istilər gətirib.
Avropa Komissiyasının məlumatına əsasən, bu ilin yay fəslində meşə yanğınlarının sayına görə İtaliya Avropa İttifaqı ölkələri arasında liderdir. Siyahıda 2-ci yerdə Portuqaliya qərarlaşıb. Burada yanğınlar 72 min hektar ərazini əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]