DÜNYA


İtaliyada nəqliyyat işçilərinin tətili hərəkəti iflic edib

Bakı, 16 iyun, AZƏRTAC

Nəqliyyat sektoru işçilərinin ümummilli tətili İtaliyanın böyük şəhərlərində hərəkəti iflic edib.

AZƏRTAC xəbər verir ki, Rai News 24 telekanalının yaydığı məlumata görə, Alitalia milli aviaşirkəti etiraz aksiyası ilə əlaqədar 160 yerli və beynəlxalq reysi ləğv etməyə məcbur olub. Ölkənin böyük aeroportlarında sərnişinlərə öz reysləri haqqında informasiyanı dəqiqləşdirmək tövsiyə edilir.

İyirmi dörd saatlıq tətil ictimai nəqliyyatın bütün sahələrini – metronu, yerüstü nəqliyyatı, habelə dəmir yollarını əhatə edir. Ən çox fasilələr şəhərətrafı elektrik qatarlarının hərəkətində gözlənilir. Bununla yanaşı, Trenitalia dövlət dəmir yolları sürət qatarlarının hərəkət cədvəlinə əməl olunacağına zəmanət verir.

Nəqliyyat sektorunun həmkarlar ittifaqları hökumətin sərnişin daşımaları sahələrinin özəlləşdirilməsi və liberallaşdırılması planlarına qarşı çıxırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.