DÜNYA
İtaliyada qar uçqunu altında qalmış oteldə daha 4 nəfər sağ insan aşkarlanıb VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Mərkəzi İtaliyanın Abruzzo vilayəti rayonunda qar uçqunu altında qalmış oteldə daha 4 nəfər sağ insan aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, qar əsirliyindən xilas edilənlərdən ikisi qadın, ikisi kişidir. Bir qədər əvvəl xilasedicilərin oteldə ikisi uşaq olmaqla, 13 nəfəri aşkarladıqları barədə məlumat verilmişdi. Hələlik 20 nəfərə yaxın insanın taleyindən xəbər yoxdur.
Xatırladaq ki, çərşənbə günü gecə Qran-Sasso dağ massivində baş vermiş hadisə zamanı oteldə 30-dan çox insan olub. İndiyədək 4 nəfərin cəsədi aşkarlanıb. Zəlzələnin səbəb olduğu qar uçqunu nəticəsində dördulduzlu otel tamam dağılıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər daha kimisə sağ tapacaqlarına ümidlərini itirmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]