DÜNYA


İtaliyada sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İtaliyanın cənubunda qatarların toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Hadisə yerinə gələn yerli administrasiya nümayəndələri qurbanların sayının artacağını istisna etmirlər.

Barletta-Andriya-Trani əyalətinin vitse-prezidenti Cüzeppe Korrado vəziyyətin gərgin olduğunu və ən azı 20 nəfərin həyatını itirdiyini bildirsə də, rəsmi olaraq cəmi 12 nəfərin həlak olduğu təsdiqlənib. Çox sayda yaralı regionun müxtəlif xəstəxanalarına göndərilib.

Xilasetmə əməliyyatlarına onlarla tibbi yardım maşını, bir neçə yanğınsöndürən dəstə və mülki müdafiə departamentinin helikopterləri cəlb olunub. Hadisənin çətin keçilən ərazidə baş verməsi xəsarət alanların təxliyə olunmasını çətinləşdirir.

***

İtaliyanın cənubunda qatarların toqquşması nəticəsində həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Apuliya vilayətinin Bari əyalətində yerləşən Andriya və Korato yaşayış məntəqələri arasında baş verib. Qəza zamanı qatarlarda çox sayda sərnişin olub.

Hazırda hadisə yerində xilasetmə xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürən və tibb briqadaları çalışır.

Əyalətin dəmiryolu xəttində hərəkət dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.