DÜNYA
İtaliyada tramvayların toqquşması nəticəsində 70 nəfər yaralanıb VİDEO
Sardiniya, 19 yanvar, AZƏRTAC
İtaliyanın Sardiniya regionun mərkəzi sayılan Kaqliari şəhərində iki tramvayın toqquşması nəticəsində 70 nəfər yaralanıb. Yanvarın 19-da səhər saatlarında baş vermiş qəzada yaralananların əksəriyyəti məktəblilər olublar. İlkin məlumata görə, 150 sərnişin daşıyan tramvayların təsadüfən yanlış marşrut üzrə hərəkət etmələri onların eyni rels üzərində toqquşmalarına səbəb olub.
Hadisə yerinə cəlb olunmuş yerli nəqliyyat idarəsinin nümayəndələri bildiriblər ki, qəzanın səbəbi tramvaylardakı mövcud qara qutuların açılmasından sonra məlum olacaq. Qəza ilə bağlı cinayət işi başladılıb və istintaq aparılır.
Kaqliari şəhər prokurorunun müavini Cuido Pani qəzanın tramvay sürücülərinin səhvləri ucbatından və ya texniki səbəbdən törəməsinin aydınlaşdırılacağını diqqətə çatdırıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sardiniya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]