DÜNYA
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb
Bakı, 25 avqust, AZƏRTAC
İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bur barədə ANSA informasiya agentliyi İtaliyanın Milli Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb. Rieti əyalətində 106, Askoli-Piçenoda isə 53 nəfər həlak olub.
Avqustun 24-də İtaliyanın mərkəzi vilayətlərində 6,5-5,2 gücündə yeraltı təkanlar baş verib. Zəlzələ nəticəsində ən çox Akkumoli və Amatriçe şəhərləri zərər çəkib. Yaralananların sayının 200-ə çatdığı bildirilir. Minlərlə sakin yaşadığı yerləri tərk etməli olub.
İtaliyanın baş naziri Matteo Renzi zəlzələ bölgəsində olub və hər kəsə lazımi kömək göstəriləcəyini bildirib. O, dağıntılar altında hələ də insanların qala biləcəyini deyib və həlak olanların sayının artacağı ilə bağlı ehtimallarını dilə gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]