ELM VƏ TƏHSİL


İtaliyalı alimlər səkkizayaqlı ilbizin robotunu hazırlayıblar

Bakı, 19 avqust, AZƏRTAC 

İtaliya alimləri belə hesab edirlər ki, sualtı aləmi maksimum dərəcədə öyrənmək üçün bu dünyanın nümayəndəsi olmaq lazımdır. Buna görə də onlar yumşaq strukturlu səkkizayaqlı ilbizin robotunu hazırlayıblar.

AZƏRTAC “Planet – today” saytına istinadla xəbər verir ki, bu robot dənizin dərinliklərini öyrənməkdən əlavə, digər sahələrdə də (cərrahlıqda) istifadə olunacaq.

2009-cu ildə hazırlanan bu robot ilk dəfə cari il Aralıq dənizində sınaqdan keçirilib. Robot əsl səkkizayaqlı ilbiz kimi suyun dərinliyinə üzə və müxtəlif obyektləri idarə edə bilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.