İQTİSADİYYAT


İtaliyalı jurnalist Bakı şəhərinin gözəlliyindən yazır

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

İtaliyanın “Turistipercaso” jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu “Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə siması” adlı məqalə yayılıb. Məqalədə italyan jurnalist Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlar haqqında məlumat verir.

Marko Lakonetti müxtəlif vaxtlarda Bakıya səfərindən söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşdiyini diqqətə çatdırır. Jurnalist 2012-ci ildə Bakıya etdiyi ilk səfəri haqqında təəssüratlarını oxucularla bölüşür. 2016-cı ildə şəhərə növbəti səfərini edən italiyalı jurnalist müşahidə etdiyi inkişaf haqqında məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir.

Bakı memarlığından söz açan müəllif burada barrokko və neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni hava limanı, “Alov qüllələri” haqqında məlumat verir. Vurğulayır ki, Bakının nəfis memarlıq abidələri, gözəl binaları şəhərin simasını çox qısa bir zamanda dəyişib. Ölkədəki inkişafın canlı şahidi olan Marko Lakonetti Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyini vurğulayır.

Jurnalist, eyni zamanda, Bakı şəhərinin turistik imkanları haqqında geniş məlumat verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.