CƏMİYYƏT
İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun fəaliyyəti haqqında qonaqlara məlumat verib.
Bildirilib ki, əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan Mətbuat Şurası ötən müddətdə bir sıra beynəlxalq media qurumları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da artırılmasına xüsusi önəm verilib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən danışıb.
Qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti, eləcə də bu ölkədə medianın durumu ilə bağlı mövcud vəziyyət barədə məlumat veriblər.