ELM VƏ TƏHSİL
İtaliyalı mütəxəssis Azərbaycan Dillər Universitetində “Mədəni irsin qorunması” mövzusunda seminar aparıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin təşəbbüsü ilə “Mədəni irsin qorunması” mövzusunda seminar keçirilib. İtalyan dili ixtisasında təhsil alan tələbələr üçün ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət fənni üzrə təşkil olunan seminarı Tvinninq layihəsi üzrə təlimçi Paolo Giorgio Ferri aparıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, təlimçi mədəniyyət abidələrinin oğurlanması, onların qeyri-qanuni daşınması və satışı, ölkəyə geri qaytarılması üçün tətbiq olunan qanunlar, hüquq sistemində bu sahə ilə bağlı İtaliya təcrübəsinə əsaslanan işlər haqqında məlumat verib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tvinninq layihəsi çərçivəsində əməkdaşlıq edən P.G.Ferri İtaliyanın müxtəlif universitetlərində “Mədəni irsin qeyri-qanuni daşınması” mövzusunda mühazirələr deyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]