CƏMİYYƏT
İtaliyalı mütəxəssislər insan orqanizmində xərçəngin yayılmasına yardımçı olan hüceyrələr aşkar ediblər
Xərçəngin Tədqiqatı üzrə İtaliya Assosiasiyası tərəfindən maliyyələşdirilən tədqiqat zamani ekspertlər immun sistemi üçün kritik hal yarada bilən və “təbii öldürücü” adlanan hüceyrə qrupuna məxsus olan spesifik hüceyrələr aşkar ediblər. Əsas rolu xərçəng şişlərini tanımaq və onları məhv etmək olan bu hüceyrələr əksər hallarda xərçəng hüceyrələri tərəfindən zərərsizləşdirilir və yönləndirilir. Bu da xəstəliyin bədəndə daha tez yayılmasına şərait yaradır.
Artıq bir müddətdir ki, ağciyər xərçəngi üzərində aparılan tədqiqatlar hazırda kolon və döş xərçənginin araşdırılmasına da yönləndirilib. Alimlərin əsas məqsədi bir növ bu “təbii öldürücü” hüceyrələri yenidən “proqramlaşdıraraq” onların xərçəngə qarşı mübarizə funksiyasını bərpa etməkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma