CƏMİYYƏT
İtaliyalı professorlar Bakı Ürək Mərkəzində pasiyentləri qəbul edəcəklər
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 20-dən 27-dək İtaliyanın San Donato klinikasının məşhur kardioloqları, professorlar Massimo Chessa və Alessandro Giamberti Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində ürək qüsurundan əziyyət çəkən uşaqları qəbul edəcəklər.
RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu zaman ərzində italiyalı həkimlər müayinə, müalicə və cərrahi əməliyyatlar həyata keçirəcəklər.
Əlavə məlumat üçün (012) 913 və ya (012) 530 90 29 nömrəli telefonlarla əlaqə saxlamaq olar. Qeyd edək ki, qəbula əvvəlcədən yazılmaq mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]