DÜNYA


İtaliyanın “Eni” enerji şirkəti İndoneziyada qaz hasilatına başlayıb

Bakı, 15 may, Nihad Budaqov, AZƏRTAC

İtaliyanın “Eni” şirkəti İndoneziyada “Jangkrik” layihəsi üzrə qaz hasilatına başlayıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Eni” “Jangkrik” layihəsi çərçivəsində nəzərdə tutulan vaxtdan əvvəl dənizdə təbii qaz istehsalına başlayıb. “Jangkrik” layihəsi Makassar Boğazında yerləşən “Muara Bakau” blokundakı qaz yataqlarının işlənməsini əhatə edir. Blokdan gündəlik hasilat 450 milyon standart kubfutdan tədricən sutkada 83 min barrel neft ekvivalentinə çatdırılacaq.

Layihənin operatoru olan “Eni”nin törəməsi “Eni Muara Bakau B.V.” “Muara Bakau”da 55 faiz iştirak payına sahibdir. Digər payçılar isə 33,33 faizlə “GDF SUEZ Exploration Indonesia BV” və 11,66 faizlə “PT. Saka Energi” şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.