DÜNYA


İtaliyanın “Iren Group” enerji şirkəti “FSRU Toscana” adlı LNG terminalındakı səhmlərini satacaq

A+ A

Bakı, 22 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

İtaliyanın “Iren Group” enerji şirkəti 49,07 faiz səhmdarı olduğu “Olt Offshore LNG Toscana” şirkətinin mülkiyyətində olan 138 min kubmetr saxlama tutumuna malik “FSRU Toscana” adlı üzən mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) terminalındakı səhmlərini satacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətdən edilən şərhdə deyilir.

“Iren Group”un idarə heyətinin sədri Massimilano Bianko terminaldakı səhmlərin satışının şirkətin yeni investisiyaları üçün yaxşı mənbə olacağını deyib.

“FSRU Toscana” adlı üzən LNG terminalı “Exmar” şirkəti tərəfindən idarə edilir. İtalyanın enerjisinin 4 faizini təmin edən “FSRU Toscana” illik 700 milyon kubmetr təbii qaz ekvivalentində 450 milyon kubmetr LNG istehsal edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.