MƏDƏNİYYƏT
İtaliyanın “Vita” jurnalı azərbaycanlı fotoqraf-rəssamın uğurlarından bəhs edib
Roma, 4 sentyabr, AZƏRTAC
İtaliyanın “Vita” jurnalının saytında azərbaycanlı fotoqraf-rəssam Rəna Əfəndi haqqında məqalə yerləşdirilib.
R.Əfəndinin həyatı və yaradıcılığı haqqında məlumat verilən yazıda fotoqraf-rəssamın beynəlxalq müsabiqələrdə önəmli mükafatlara layiq görülməsindən və əsərlərinin bir sıra ölkələrdə sərgilənməsindən bəhs olunur. Bildirilir ki, R.Əfəndi, eyni zamanda, cari il sentyabrında 72-ci Beynəlxalq Venesiya Film Festivalı çərçivəsində keçiriləcək insan haqlarına dair fotomüsabiqənin münsiflər heyətinin üzvü və xüsusi qonağı seçilib. Tədbirdə, həmçinin fotoqraf-rəssamın əsərləri sərgilənəcək.
Məqalədə R.Əfəndinin fikirlərinə də yer verilib. O, əsərlərinin necə ərsəyə gəlməsindən və sənətinə olan bağlılığından danışıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma