DÜNYA


İtaliyanın dünyaca məşhur musiqi qrupu Türkiyədə konsert verəcək

Bakı, 30 avqust, AZƏRTAC

İtaliyanın dünyaca məşhur musiqi qrupu “Belcanto the Luciano Pavarotti Heritage” İstanbulda musiqisevərlərlə görüşə hazırlaşır.

Anadolu xəbər agentliyinin məlumatına görə, gənc ifaçılardan ibarət olan qrupun konserti dekabrın 17-də “Volkswagen arena”da baş tutacaq.

12 müğənni, 7 musiqiçi və 7 rəqqasdan ibarət olan qrup, məşhur musiqi əsərlərini nümayiş etdirəcək. İki gün davam edəcək konsertdə Neapoldan mahnılar və İtalyanın “Belcanto” stilli müasir kompozisiyaları da təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.