İQTİSADİYYAT


İtaliyanın mikrokreditləşmə təcrübəsi Azərbaycan üçün maraqlıdır və dərindən öyrəniləcək

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

İtaliyanın mikrokreditləşmə təcrübəsi Azərbaycan üçün maraqlıdır və dərindən öyrəniləcək.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlının İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan M.Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb.

Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda stabilliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində MBNP-nin gördüyü işlərdən bəhs edən R.Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.