DÜNYA


İtaliyanın sabiq prezidenti Karlo Adzelio Çampi 96 yaşında vəfat edib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

İtaliyanın sabiq prezidenti, ömürlük senator Karlo Adzelio Çampi Romada 96 yaşında vəfat edib. Bu barədə RaiNews 24 telekanalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Çampi 1920-ci il dekabrın 9-da Livorno şəhərində doğulub. O, 1999-2006-cı illərdə İtaliya prezidenti postunu tutub.

Karlo Adzelio Çampi müalicə olunduğu Rio XI xəstəxanasında dünyasını dəyişib. Sabiq prezidentin və ailəsinin arzusuna əsasən, mərhumla vidalaşma şəxsi mərasim şəklində keçiriləcək.

Onuncu prezidentin vəfatı ilə əlaqədar İtaliyanın bir çox siyasi xadimləri, o cümlədən Baş nazir Matteo Rentsi bağsağlığı veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.