DÜNYA


İtaliyanın sahil təhlükəsizlik qrupları son 5 gündə Aralıq dənizində 6500 qaçqını xilas edib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

İtaliyanın sahil təhlükəsizlik qrupları son 5 gündə Aralıq dənizində 6500 qaçqını xilas edib.

AZƏRTAC trt.net.tr-yə istinadla xəbər verir ki, Balkan və Ege marşrutunun bağlanması nəticəsində miqrantlar yenidən Liviya-İtaliya marşrutuna istiqamət alıb. İtaliya gəmiləri həftə sonunda Liviyadan yola çıxan qayıqlarda 1100 nəfərin köməyinə çatıb.

Ölkəyə yerləşənlərin sayı 90 mini ötüb. Hazırda isə Liviyada Avropaya keçmək üçün növbə gözləyən köçkünlərin sayı təxminən 1 milyondur.

2016-cı ilin ilk rübündə yarım milyondan çox qaçqın Avropaya gəlib. Aralıq dənizində itkin düşənlərin sayı isə 3 mindir. İyul ayında Liviya sahillərində 120-dən çox qaçqının cəsədi tapılıb.

İtaliya hökuməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə miqrantların Avropaya axınının qarşısının alınması üçün kampaniyaya başlayıb. Kampaniya çərçivəsində onların diqqətinə yolda və daha sonra qarşılaşacaqları təhlükələr çatdırılır. Maarifləndirici videolar internetlə yanaşı, Afrika ölkələrinin televiziyalarında da yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.