SİYASƏT


İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfərə gələcək

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC 

Noyabrın 7-8-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni Azərbaycanda rəsmi səfərdə olacaq.

İtaliyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazirin yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.