DÜNYA
İtaliya yenidən silkələndi: ard-arda üç güclü yeraltı təkan
Bakı, 18 yanvar, AZƏRTAC
İtaliyanın Mülki Müdafiə Departamentinin məlumatına əsasən Roma şəhərindən 110 kilometr məsafədə ard-arda üç güclü yeraltı təkan qeydə alınıb. Bu zona 2016-cı il avqustun 24-də 300 nəfərin ölümü ilə nəticələnən zəlzələyə məruz qalmışdı.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Lakin yerli KİV-lər ötən zəlzələ zamanı ciddi dağıntılara məruz qalan Amatriçe şəhərində yeni torpaq sürüşmələri və dağıntıların meydana gəldiyini yazır.
Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, 5,3 bal gücündə ilk zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar bir sıra mərkəzi vilayətlərdə - Latsio, Marka, Abrutso, həmçinin İtaliyanın paytaxtında hiss olunub. Roma metrosunun A və B xətlərində sərnişinlər təxliyə edilib.
Bu arada Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi İtaliyanın mərkəzində 5,7 və 5,5 bal gücündə təkrar təkanların qeydə alındığı barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]