MƏDƏNİYYƏT


İtalyan tenoru “ADA” Universitetində “Sevgili canan”ı ifa edib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da “ADA” Universitetinin Tələbə Mərkəzində İtalyan və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Konsert “ADA” Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konsertdə İtalyan tenorları - Luici Çerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, konservatoriyanın tələbəsi Cuzeppe Sturace, instrumental ifaçılar Pyer Luici Rugiyero və Darya Neçayeva, eləcə də BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyevanın ifasında məşhur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərləri səsləndirilib.

“ADA”nın musiqili qonaqları eyni zamanda, BMA və Luici Çerubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya-Azərbaycan musiqi mədəniyyəti və təhsil mübadiləsi proqramı barədə müzakirələr aparıb, hər iki ölkənin mədəniyyət ustalarının ustad dərslərindən maraqlı məqamları bölüşüblər.

Tenor Leonardo De Lisinin ilk dəfə ifa etdiyi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını “ADA” Universitetinin tələbə və müəllim heyəti ayaqüstə alqışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.