DÜNYA


İtalyanlar vergi fırıldağında öndədirlər

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

İtalyanlar vergi fırıldağına görə dünyada öndə gedənlər sırasındadırlar. Avropa Komissiyasının yeni araşdırmasına əsasən, 2014-cü ildə ƏDV ödənişindən yayınmalar İtaliya büdcəsinə 36,9 milyard avro bahasına başa gəlib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bütün Avropa İttifaqı üzrə xəzinəyə daxil olmamış ƏDV-nin az qala dörddəbiri təkcə bu ölkənin payına düşür.

Avropa Komissiyasının təhqiqatının gedişi zamanı mütəxəssislər ƏDV-dən gözlənilən gəlirləri hər bir ölkə üzrə real əldə olunmuş nəticələrlə müqayisə ediblər.

Məlum olub ki, ƏDV ödənişindən yayınma İtaliyada 27,55 faiz təşkil edir. Bu göstərici Avropa İttifaqına üzv ölkələr arasında yalnız Yunanıstanda, Litvada, Maltada, Slovakiyada və Rumıniyada yüksək olub. ƏDV ödənişindən yayınma nəticəsində itirilən məbləğə görə isə İtaliya 36,9 milyard avro göstərici ilə “vahid liderdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.