Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

Bakı, 29 dekabr, AZƏRTAC

“Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. Bu il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər. “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlayıb. Həmçinin, bu sərgiləri Azərbaycanın nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.

2016-cı ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu – regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. Bu ilin sərgilərində dünyanın 60 ölkəsini təmsil edən 1454 iştirakçı-şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən çox ziyarətçi iştirak edib. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini yerli şirkətlərin stendləri tutub.

Bu ildə keçirilən sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli qonaqlar ziyarət ediblər - Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi nümayəndəsi xanım Baronessa Nikolson, ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini xanım Robin Dunniqan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Belarusun səhiyyə nazirinin müavini - Valeriy Şevçuk, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov, Çinin Sənaye və İnformasiya Texnologiyalar Nazirliyinin partiya komitəsinin üzvü, nazir müavini Jin Şubo, Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüsseyn, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muxitdinov, Qazaxıstanın informasiya və rabitə nazirinin müavini Alan Ajibayev, Moldovanın informasiya texnologiyaları və rabitə nazirinin müavini Vitalie Çolak, Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Zsolt Csutora, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibi Ramil Həsənov və başqaları.

Cari ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu il sponsorlar qismində SOCAR, BP, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, Azerfon, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “General Electric”, “Global Energy”, “GMA Petroleum”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “McDermott”, SAP, Schlumberger, SNAM, Statoil, SOCAR Polymer, Petronas, “HMS”, Total, Caspian Energy, “Дом и интерьер” jurnalı yer alıblar. Bu il “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, Sheraton Hotel və Qafqaz Point Hotel mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı), Bakı Ekspo Mərkəzi və “Aqil və Bilqi” uşaq guşəsi yer alır.

Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət edib, müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilib. Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Azərbaycanda “AITF” sərgisi multikulturalizm ilində əsl dünya mədəniyyətlərinin festivalı olub. Bolqarıstan, Çernoqoriya, Çex Respublikası, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Ukrayna və bu ilin debütantı Belarus Respublikası öz stendlərini parlaq, milli kolorit ilə təqdim etdilər. Regional stendlərlə Stavropol diyarı (Rusiya), Katatoniya (İspaniya) və Yurmala (Latviya) təqdim olunublar. Sərginin ən maraqlı tədbirlərdən biri Azərbaycan regionlarının miqyaslı iştirakı olub. Təşkilatçılar və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “AITF” sərgisinin 15-ci yubileyinə həsr olunmuş birgə layihəsi əlavə tədbirlər proqramında əsas yeri tutub. Sərginin müddətində “İçəri Şəhər” ənənəvi incəsənət Mərkəzinin stendində 4 cür tətbiqi dekorativ incəsənət növləri – keramika, batik, zərgər işləri və ağac işləmələri təqdim olunub.

Hər ziyarətçi milli incəsənət əsərlərinin necə yaradıldığını seyr edə bilib. Nəqliyyat, Tranzit, Logistika “TransCaspian” Xəzər Beynəlxalq sərgisinin 15 illik yubileyi ilə əlaqədar olaraq may ayının 10-da Mərkəzi Nəbatat Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırıblar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər. “TransCaspian 2016” sərgisinin birinci günündə daha bir möhtəşəm tədbir baş tutub və Azərbaycan Texniki Universiteti “Nəqliyyat və nəqliyyat mühəndisliyində idarəetmə” fakültəsinə ən yüksək balla qəbul olunmuş tələbə Zülfüqar Sadıxova xüsusi mükafat təqdim olunub. Beləliklə, sərginin təşkilatçısı “Iteca Caspian” şirkəti universitetlərə qəbulda fərqlənmiş tələbələrin həvəsləndirmə ənənəsini davam etdirir. “Iteca Caspian” sənətkar ustaların işinə də dəstək verir. Bakı Ekspo Mərkəzinin foyesində yerləşmiş, müxtəlif siniflərin, dövrlərin və ölkələrin gəmi, parovoz və təyyarələrinin modellərini sərgiləmiş azərbaycanlı usta Rövşən Ansarinin işləri ziyarətçilər üçün gözlənilməz hədiyyə olub.

“Iteca Caspian” şirkəti milli sənət və bədii incəsənətə dəstək proqramını da davam etdirir. “Caspian Oil&Gas” sərgisi çərçivəsində qonaqlara Azərbaycanın milli qadın baş örtüyü kəlağayı nümayiş edilən stend və “Damla” xeyriyyə cəmiyyətinin rəsmləri təqdim edilib. 22–ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisinin keçiriləcəyi tarixlərə Four Seasons otelində İngiltərə–Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə şam yeməyi aid edilib. Ənənəvi olaraq, şam yeməyi ərzində hərrac təşkil olunub və hərracdan əldə edilən bütün pul vəsaitləri xeyriyyə məqsədləri üçün istifadə edilib.

İşgüzar görüş və danışıqlarla yanaşı, Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” Sərgi və Konfransının bütün iştirakçılar və ziyarətçiləri üçün informasiya texnologiyalarının istifadəsi ilə oyun zonası təşkil olunub. Ziyarətçilər xüsusi eynəklər geyərək, virtual reallıqda ola bildilər və unikal bir əşyanı 3D qələmindən istifadə edərək yaradıblar. Bundan başqa, məhz “Bakutel 2016” sərgisinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq mini robotları idarə edərək robotların əsl döyüşündə iştirak etmək və “ağıllı robot”la ünsiyyət qurmaq imkanı əldə ediblər.

Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq informasiya agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılıb. 300-dən çox KİV sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.

Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95 faizi 2016-cı ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişlənməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirilib. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30 faizini təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.

“Iteca Caspian” şirkəti 2017-ci ildə 18 sərgi keçirilməsini planlaşdırır. İki sərgi – Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” Sərgisi və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securica Caspian” Sərgisi – 10 illik yubileyini qeyd edəcəklər.

“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adı - “WorldBuild Baku” olacaq. Azərbaycan Beynəlxalq İnşaat Sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır. Beləliklə, sərgi və konfranslar demək olar ki, sərhədsiz imkanlar təklif edir, yeni texnologiyalar və kontaktlar, tərəfdaşlar və nəhayət ki, yeni investisiyalar axını vəd edirlər. 2017–ci ildə keçiriləcək bütün sərgilərin cədvəli ilə şirkətin rəsmi saytında www.iteca.az tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir