İQTİSADİYYAT
Iteca Caspian sərgi zamanı keçirilən montaj işlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə treninq keçirəcək
Bakı, 6 mart, AZƏRTAC
Sərgi zamanı keçirilən montaj işlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, sərgi iştirakçıları və podratçı şirkətlər üçün Bakı Ekspo mərkəzində Iteca Caspian şirkətinin təşkilatçılığı ilə “Təhlükəsizlik texnikası üzrə ümumi qaydalar” mövzusunda təlim təşkil olunacaq.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, treninq Safe Life şirkətinin nümayəndələri və Iteca Caspian şirkətinin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin nümayəndələri tərəfindən keçirilir.
Hər şirkətdən 2 nümayəndə iştirak edə bilər (rəhbər və montaj işlərinə cavabdeh olan şirkət meneceri və ya rəhbərlik tərəfindən təyin edilmiş məsul şəxs).
Tədbir martın 16-17-də saat 10:00-dan 14:00-dək Bakı Ekspo mərkəzində (2-ci mərtəbə, 120 nəfərlik seminar otağı) təşkil olunacaq.
Təlimdən sonra hər bir iştirakçı sertifikatla təltif ediləcək.