DÜNYA


İtkin dənizçilərin cəsədləri “USS Fitzgerald” gəmisinin su basmış hissəsində aşkar edilib

Tokio, 18 iyun, AZƏRTAC

ABŞ hərbi dəniz qüvvələrinə məxsus “USS Fitzgerald” esminesinin Filippin ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşən dənizçilərin cəsədləri gəminin su basmış hissəsində aşkar edilib. Bu barədə ABŞ-ın yeddinci donanması məlumat yayıb.

Xəbər verdiyimiz kimi, hadisə nəticəsində üç nəfərin xəsarət aldığı və yeddi dənizçinin itkin düşdüyü bildirilirdi.

Axtarış-xilasetmə əməliyyatı zamanı dənizçilərin cəsədləri esminesin su basmış hissəsində tapılıb və tanınmaq üçün Yokosuka hərbi hospitalına göndərilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.