CƏMİYYƏT


İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib VİDEO

Bakı, 17 dekabr, Elvin Camalov, AZƏRTAC

İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib.

Bu barədə AZƏRTAC-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərindən başqa küləyin əsdiyi istiqamətdə - Bulla-dəniz istiqamətində də axtarışlara başlanılıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və 6 iri gəmi vasitəsilə axtarış aparılır. Hava şəraitindən asılı olaraq günorta saatlarında bu prosesə dalğıclar da cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.