CƏMİYYƏT


İtkin düşən neftçilərin axtarışları davam edir VİDEO

Bakı, 17 dekabr, Elvin Camalov, AZƏRTAC

İtkin düşən neftçilərin axtarışları davam edir.

Bu barədə AZƏRTAC-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına hazırda Fövqəladə Hallar Nazirliyinin bir ədəd, Dövlət Sərhəd Xidmətinin isə 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə 6 ədəd iri gəmilər hadisə yerində axtarışlar aparır.

Məlumat verilib ki, hava şəraiti ilə əlaqədar dalğıc gəmilərini axtarışlara cəlb etmək mümkün olmayıb. Lakin mümkün variantlardan istifadə edərək axtarışlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.