CƏMİYYƏT


İtkin düşən neftçilərin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub VİDEO

Bakı, 16 dekabr, Elvin Camalov, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub.

Bu barədə AZƏRTAC-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, dünən dalğıc gəmiləri hadisə yerinə yaxınlaşsalar da hava şəraiti ilə əlaqədar işə cəlb oluna bilməyiblər. Lakin hazırda dalğıc gəmiləri axtarışlarda iştirak edir və sualtı axtarışlara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.