DÜNYA


İvanovoda partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb [YENİLƏNİB]

A+ A

Moskva, 6 noyabr, AZƏRTAC

Rusiyanın İvanovo şəhərində yaşayış binasında qaz partlayışı nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Ölənlərin üçü bir ailənin üzvləri, o cümlədən dörd yaşlı uşaqdır. Həmçinin 7 nəfər xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

İvanovo şəhərindəki ikimərtəbəli binada partlayış yerli vaxtla səhər saat 04:15-də baş verib. Partlayış dörd mənzili tamamilə dağıdıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.