İQTİSADİYYAT


İxrac gücü ildə 23-25 milyon ton olacaq Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC 

İllik ixrac gücü ilkin mərhələdə 23-25 milyon ton olacaq Eskene-Kirik-Bakı neft kəmərinin inşası nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edilən məqaləsində məlumat verib.

Nazir bildirib ki, rəsmi Astananın əsas diqqəti Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləşib. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 kilometr olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması “Tengiz” yatağında qabaqcıl neftvuran stansiyanın, Tengiz-Opornıy-Uzel-Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur. Bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 milyon ton, gələcəkdə isə 56 milyon tona çatdırılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.