İQTİSADİYYAT


“İxraca Hazır Ol!" layihəsi çərçivəsində "Sertifikatlaşdırma və etiketləmə" mövzusunda təlim keçirilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə reallaşdırdığı "İxraca Hazır Ol!" layihəsi çərçivəsində "Sertifikatlaşdırma və etiketləmə" mövzusunda təlim keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirak edən 15 sahibkara beynəlxalq sertifikatlaşdırma və standartlaşdırma ekspertləri tərəfindən ISO 9001, HACCP, ISO 22000, BRC, EAC sertifikatlaşdırma sistemlərinin əsas prinsipləri, Avropa İttifaqında qablaşdırma və etiketlənməyə aid olan tələblər haqqında ətraflı məlumat verilib.

Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.