İQTİSADİYYAT
“İxraca hazır ol!” layihəsi çərçivəsində növbəti təlim
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşəbbüsü olan "İxraca hazır ol!" layihəsi çərçivəsində iyulun 25-də Bakıda "İxrac prosedurları və qanunvericilik" adlı növbəti təlim proqramı təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar, iş adamları və istehsalçıların iştirak etdikləri təlimdə ixrac zamanı tələb olunan sənədlər və onların alınma prosedurları, gömrük rejimləri, məhsulun gömrük kodunun müəyyən edilməsi, ixrac gömrük rüsumunun hesablanması qaydaları və GSP (GSP+) barədə məlumat verilib.
Treninqdə İqtisadiyyat Nazirliyinin, eləcə də nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin nümayəndələri təqdimatlarla çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]