İQTİSADİYYAT


“İxraca hazır ol!” layihəsi çərçivəsində sahibkarlara təlim keçirilib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol!” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab-faktura, məhsulun daşınma sənədləri (“TİR Carnet”, “CMR”, “Bill of Landing”, “Airway Bill”), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.

Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.