İQTİSADİYYAT


İxracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım məqsədilə kurslar təşkil edilir

Bakı, 26 yanvar, AZƏRTAC

İxracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsı, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlərə inteqrasiya” mövzusunda təlim kursları təşkil edilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Təlim kurslarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycan Respublikasının normativ-hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək.

Kurslar mütəmadi təşkil olunur və ödənişli əsaslarla həyata keçirilir. Təlim kurslarının yekununda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.

Kurslarda iştirak etmək istəyən şəxslər “AzPatent”in Təlim Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53 ünvanına ( Xarici İşlər Nazirliyinin arxası) həftənin I-V günləri saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.