Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 26 aprel, AZƏRTAC 

Elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir və yaranan məhsula əlavə dəyər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfransda səsləndirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev cari ilin aprelin 17-də qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelə keçməklə bundan sonra ölkə iqtisadiyyatının islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəyini bir daha bəyan edib. Ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.

Komitə sədri vurğulayıb ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair Prezident Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, cari ilin fevralın 10-da ölkə başçısı tərəfindən imzalanmış Fərmana əsasən, keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs təsis edilib. O, adıçəkilən mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirini daha da artıracağını qeyd edib. Yeni yaradılmış Patent və Əmtəə Nişanları Mərkəzində bu tip təşəbbüsləri dəstəkləmək üçün Texnologiyaların transferi və kommersiyalaşdırılması departamenti təsis edildiyini bildirən R.Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirilən “Texnologiyalar və İnnovasiyalara Dəstək Mərkəzləri”nin yaradılması və əqli mülkiyyət sahəsi üzrə təlimçilərin hazırlanması layihələrinin də elmi araşdırma və təhsil müəssisələri üçün bu sahədə əlavə imkanlar yaradacağını deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından söz açıb. Belə bir zamanda elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. “Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”, – deyə Akif Əlizadə bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycanda innovativ təşəbbüslərə daim yaşıl işıq yandırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və ideyası əsasında yaradılan “ASAN xidmət” mərkəzləri ölkəmizdə innovativ islahatlar sahəsində əsl “nou-xau” oldu. “İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə və ən əsası vətəndaş məmnunluğuna nail olmağa imkan verdi”, – deyə İnam Kərimov bildirib. O, hazırda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərildiyini diqqətə çatdırıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev vurğulayıb ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya texnologiyaları inkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən Startap layihələrinə qrantlar ayrılır, innovativ ideyaların biznesə çevrilməsi üçün dövlət dəstəyi göstərilir. Eləcə də, kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir. “Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-yə yaxın layihənin 100-ü fond tərəfindən maliyyələşdirilib. Hazırda isə 5-ci qrant layihələrinin yeni layihələri qəbul olunur. Bu, dövlətimizin innovativ fəaliyyətə dəstəyinin ən uğurlu layihələrindən biridir”.

Əli Abdullayev nəzərə çatdırıb ki, nazirlik innovasiya sahəsində beynəlxalq səviyyədə aktiv əməkdaşlıq aparır, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində rəqəmli bazarların uyğunlaşdırılması təşəbbüsü ilə iştirak edir. Həmin proqram çərçivəsində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları tədqiqat və innovasiya infrastrukturu üzrə əlaqələndirici ölkə seçilib.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə aparılan innovasiya sisteminin əsas xüsusiyyətlərindən biri də onun bütün sahələri, o cümlədən dövlət idarəçiliyini əhatə etməsidir. Bu çərçivədə nazirlik tərəfindən həyata keçirilən elektron hökumət layihəsi də innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Elektron Hökumət Portalı ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portalın istifadəyə verilməsi və dövlət qurumları informasiya sistemləri arasında qarşılıqlı əlaqələr sürətləndirilmiş, informasiya ehtiyatlarının təşviqi sahəsində vahid standartların müəyyən olunması istiqamətində mühüm işlər görülür.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 12 elektron xidmət elektron hökumət portalına qoşulub.

Nazirliyin milli sertifikat xidmətləri mərkəzində elektron sənəd mübadiləsinin əsas vasitələrindən olan elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza xidməti təqdim etməklə yanaşı, digər elektron imza mərkəzləri də akkreditasiya edilir və sertifikatlaşdırılır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim edilib. Bu istiqamətdə atılan növbəti innovativ addım elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir.

Bununla bağlı “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Gələn ilin əvvəlindən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində bu xidmətdən vətəndaşlar istifadə edəcəklər.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva çıxış ediblər.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yerə, “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin və nəfəs yollarının fəaliyyətinin monitorinq üsulu” ixtiraları II yerə, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan edilib. Qaliblər diplom və mükafatlarla ilə təltif ediliblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir